Shell Corena S2 P100

Shell Corena S2 P100

Shell Corena S2 P100

ShellCorena S2 P100 hava kompressorları üçün yüksək keyfiyyətli mineral yağdır. Çox yüksək özlülük indeksi (XHVI) ilə sintetik yağlar və baza mineral yağların qarışığı əsasında yaradılan ShellCorena S2 P100 praktiki olaraq öz istismar xüsusiyyətlərinə görə müasir sintetik yağlardan geri qalmır. Şell yağı davamlı olaraq yüksək təzyiqdə istismar edilən hava kompressorlarının sürtgü materiallarına qoyulan bütün tələbləri qarşılayır. ShellCorena S2 P100 kompressor yağı davamlı olaraq yüksək təzyiqdə və 220C işlək hava temperaturunda çalışan sənaye porşenli kompressorlarının bütün modellərində istifadə edilə bilər. İş zamanı yağ kompressor avadanlığının detallarının daxili səthlərinin təmizliyinə zəmanət verir və beləliklə, üzvi çöküntülərin və yanıqların əmələ gəlməsinə mane olur. ShellCorena S2 P100 kompressor yağı uzun müddət ərzində fasiləsiz çalışan avadanlıqlarda tətbiq üçün tövsiyə edilir. Şell yağı kompressorun daxili detallarının etibarlı mühafizəsini və bütün istismar müddəti ərzində onların effektiv yağlanmasını təmin edir, yağ dəyişmə intervalını 4000 saat və daha çox artırır.