Shell Morlina S2 BL 5

Shell Morlina S2 BL 5

Shell Morlina S2 BL 5

ShellMorlina S2 BL 5 yağı sirkulyasiya sürtgü sistemləri, podşipniklər, dəzgahların yüksək dövrlü şpindellərinin uzunmüddətli və effektiv istismarını təmin edən aşqarların sinksiz paketinin əlavə edilməsi ilə seçmə (selektiv) təmizləmə ilə aşağı özlü mineral yağların əsasında hazırlanır. Bu məhsulu mineral yağların işində adətən istifadə edilən kipləndirici materiallar və lak-boya örtükləri ilə uyğunlaşdırırıq.
Tətbiq. 
ShellMorlina S2 BL 5 yağı aşağı yüklü qapalı dişli ötürücülər, sirkulyasiyalı sürtgü sistemlərinin yağlanması üçün tətbiq edilir, müxtəlif dəzgah sistemləri, yellənmə və sürüşmə podşipnikləri, yüksək sürətli şpindellərin yağlanması üçün tövsiyə edilir. Bu məhsul sənaye hidravlik sistemlərin və gümüş suyuna salınmış səthlər və "bürünc-polad" sürtünmə cütlükləri ilə mexanizmlər istifadə edən nəzarət sistemlərinin yağlanması üçün tətbiq edilir.
Üstün cəhətlər. 
Avadanlıq və dəzgahların işinin effektivliyi ShellMorlina S2 BL 5 istifadəsi ilə məhsulun tərkibinə daxil olan yüksək keyfiyyətli dərindən təmizlənmiş baza yağların hesabına əldə edilir. Bu komponentlər sayəsində bu məhsul yaxşı deaerasiya və deemulsiya xassələrinə malikdir, qovşaq və mexanizmlərin effektiv yağlanmasını təmin edir. ShellMorlina S2 BL 5 yağında korroziya və oksidləşmə inhibitorları ilə aşqarlar paketinin istifadəsi avadanlığın köhnəlmə və korroziyadan əla mühafizəsini təmin etməyə, yüksək sürətli şpindellərin, sirkulyasiya sistemlərinin və podşipniklərin istismar müddətini uzatmağa imkan verir.

Sirkulyasiya sistemləri üçün