Shell Corena S2 P 150

Shell Corena S2 P 150

Shell Corena S2 P 150

TDC

ShellCorena S2 P 150- Porşenli hava kompressorları üçün yüksək keyfiyyətli mineral yağlardır. Tərkibində effektiv aşqar paketi var. İstismar xüsusiyyətlərinə görə bu yağlar sintetik yağ səviyyəsinə yaxındır.

Davamlı iş müddətləri ərzində təhlükəsiz, etibarlı və effektiv yağlanma təmin edir. ShellCorena S2P 150 klapan və porşenlərin texniki xidmətləri arasındakı intervalların olduqca uzadılmasını təmin edir (standart mineral yağlar ilə müqayisədə 6 dəfəyə qədər). Bu zaman kompressor yüksək effektivlik ilə istismar edildikdə müddət olduqca uzanır. Bundan başqa yağ oksidləşmə əleyhinə xüsusiyyətlərə malikdir və korroziyanın qarşısını alır, həmçinin effektiv mühafizə təmin edir və daxili metal səthlərin xidmət müddətini uzadır.
Tətbiq 
Porşenli hava kompressorları

Porşenli hava kompressorları üçün

Shell Corena S2 R46

Shell Corena S2 R46

Shell Corena S2 R46

TDC

ShellCorena S2 R46 yağı vintli hava kompressorları üçün təyin edilib və yuyucu xüsusiyyətlərə malikdir. Yağ kompressor detallarının yaxşı səviyyədə yağlanmasını təmin edir, onun işinin etibarlılığı və effektivliyini artırır və köhnəlmə ehtimalını azaldır. Kompressorun mühafizəsi vurulan havanın 100 dərəcə Selsi temperaturunda və 15 bar təzyiqində yağın 4000 saatda dəyişdirilmə vaxtı əldə edilir. ShellCorena S2 R46 yağlarından istifadə xidmət müddətini uzadır, bununla da istismar xərclərini azaldır. Bundan başqa, yağ kompressorların fırlanan detallarında karbonlu çöküntülərin əmələ gəlməsinə davamlılıq təmin edir və qurğunun daxilindəki səthləri təmizləyir; avadanlığın daxili qovşaqlarının qorunması üçün detalları köhnəlmədən mühafizə edir.
Tətbiq

ShellCorena S2 R46 yağı vintli hava kompressorlarında tətbiq edilir və yağla doldurulmuş qurğular və yağ püskürtmə ilə kompressorlar üçün uyğundur. Kompressorlar 100 dərəcə Selsiyə qədər hava temperaturunda və 15 bar təzyiqdə çalışır.

Vintli hava kompressorları üçün

Shell Corena S2 P68

Shell Corena S2 P68

Shell Corena S2 P68

TDC

ShellCorena S2 P68 istismar xüsusiyyətlərinin sintetik yağların səviyyəsinə qaldırılmasına imkan verən unikal komponentlərin əlavə edilməsi ilə Şell baza yağlarının əsasında yaradılmış yüksək keyfiyyətli kompressor yağıdır. Bu yağ xüsusilə porşenli hava kompressorları, həmçinin davamlı olaraq yüksək təzyiq və vurulan havanın yüksək temperaturunda (220C-ə qədər) çalışan avadanlıqlar üçün hazırlanıb.

   Tətbiq
       • Yüksək təzyiqli porşenli kompressorları
       • Bir-pilləli porşenli kompressorlar.

ShellCorena S2 P68 yağı - uzun müddət ərzində fasiləsiz çalışan və ya yüksək yüklərdə istismar edilən kompressorlar üçün mükəmməl  qərardır. Köhnəlmə və korroziyadan mühafizə, yağ dəyişməsinin uzadılmış intervalı (4000 saat və daha çox) istismar xərclərini azaltmağa imkan verir və onun iş effektivliyini azaltmır.

 

Shell Corena S2 P100

Shell Corena S2 P100

Shell Corena S2 P100

TDC

ShellCorena S2 P100 hava kompressorları üçün yüksək keyfiyyətli mineral yağdır. Çox yüksək özlülük indeksi (XHVI) ilə sintetik yağlar və baza mineral yağların qarışığı əsasında yaradılan ShellCorena S2 P100 praktiki olaraq öz istismar xüsusiyyətlərinə görə müasir sintetik yağlardan geri qalmır. Şell yağı davamlı olaraq yüksək təzyiqdə istismar edilən hava kompressorlarının sürtgü materiallarına qoyulan bütün tələbləri qarşılayır. ShellCorena S2 P100 kompressor yağı davamlı olaraq yüksək təzyiqdə və 220C işlək hava temperaturunda çalışan sənaye porşenli kompressorlarının bütün modellərində istifadə edilə bilər. İş zamanı yağ kompressor avadanlığının detallarının daxili səthlərinin təmizliyinə zəmanət verir və beləliklə, üzvi çöküntülərin və yanıqların əmələ gəlməsinə mane olur. ShellCorena S2 P100 kompressor yağı uzun müddət ərzində fasiləsiz çalışan avadanlıqlarda tətbiq üçün tövsiyə edilir. Şell yağı kompressorun daxili detallarının etibarlı mühafizəsini və bütün istismar müddəti ərzində onların effektiv yağlanmasını təmin edir, yağ dəyişmə intervalını 4000 saat və daha çox artırır.