Lubristar LLC MMC Caucasus Motor Show-nun baş sponsoru olub

Lubristar LLC MMC Caucasus Motor Show-nun baş sponsoru olub

20-22 iyul 2018-ci il tarixində Lubristar LLC MMC Qəbələ şəhərində keçirilən Caucasus Motor-Show avtomobil sərgisinin baş sponsorluğunu öz öhdəliyinə götürüb, tədbirdə fəal iştirak etmişdir.

Sərgini Azərbaycan Avtomobil Dilerləri Assosisiyası (AADA), “Autograph” TV-proqramı (Lider TV) və “Prime-Time” Radio-proqramı (106FM) həyata keçirirlər.Sərginin iştirakçıları – rəsmi avtomobil idxalçıları, distribyutor və dilerlərdir. Adətən sərgidə bir çox yeni modellərin rəsmi premyerası keçirilir. Sərgidə həmçini ehtiyat hissələri, aksessuarlar, avtokosmetika və s. məhsullar da nümayiş etdirilrir. Bunlarla yanaşı Caucasus Motor-Show çərçivəsində AADA-nın konfransı da baş tutub. Avtomobil şirkətlərinin rəhbərləri və brend-menecerləri Azərbaycan avtomobil bazarının inkişafı ilə əlaqədar bir sıra məsələləri müzakirə edibər.

Lubristar LLC MMC sərgi zamanı öz stendində Shell və Rheinol mühərrik yağlarını təqdim etmişdir. Həmin yağlar sual-cavab viktorina zamanı qaliblərə hədiyyə kimi paylanılıb. Bunlarla yanaşı tədbirin iştirakçıları şirkətimizdən Shell brendin polo maykalarını və hədiyyə paketlərini əldə ediblər.

Lubristar LLC MMC Caucasus Motor-Show 2018 AADA-nın ekspert sorğusunun nəticəsində “Ən uğurlu marktinq siyasəti” nominasiyasında “Gızıl Çarx” mükafatına layiq göründü.

Caucasus Motor-Show ölkəmizdə artıq 14 il ki müvəfəqiyyətlə keçirilən və avtomobil sahəsinin önəmli sərgilərdən biridir. Bu səbəbdən də Lubristar LLC MMC Shell Lubricants şirkətinin Azərbaycanda yeganə rəsmi makrodistribyutoru olaraq bu cür vacib tədbirdə iştirakının əhəmiyyətini anlayaraq, təşkilatçılara hər tərəfli dəstək edib.

Digər xəbərlərimizi oxuyun